Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Osakücə kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 may tarixində verir.
Qəbulda İcra Hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Görüşdə Osakücə, Pambəyi, Tatoba, Sinovli, Moloja və Haftaruon kəndlərinin sakinləri şəxsi və ümumi problemlərini rayon rəhbərliyinə çatdırıblar, onların həlli istiqamətində aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib.