top
Stolun ayağını sındırıb gəlinini döydü
08 iyul 2025, 05:25
- ↺ +

Stolun ayağını sındırıb gəlinini döydü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yardımlı rayonunda qadınlar arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az xəbər verir ki, hadisə bu ilin martın 27-də baş verib. 

Yardımlı rayon sakini, 1958-ci il təvəllüdlü Lətafət Səlimova gəlini Vəfa (ad-soyad şərtidir – red.) ilə mübahisə edib. Lətafət taxta materialdan hazırlanmış stolun ayağını sındıraraq həmin taxta parçası ilə gəlininin baş nahiyəsinə bir zərbə vurub. 

Hadisəni törədən L.Səlimovanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən qadın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 

O bildirib ki, Novruz bayramı vaxtı mərhum ərinin şəklini stolun üstünə qoyub və şəkilin qarşısına gül dəstəsi düzüb: 

“Bu zaman gəlinim evə daxil oldu və stolun üstündə olan mərhum ərimin şəkili yerə atdı. Həmin vaxt aramızda mübahisə yarandı. Zərərçəkmiş şəxs stolun ayağı ilə mənə zərbə vurdu. Həmin vaxt Vəfanı vurmamışam. Başını özü divara vurub və özünə xəsarət yetirib”.

İş üzrə zərərçəkmiş Vəfanın sözlərinə görə, martın 27-də saat 12 radələrində dükana gedib: 

“Təqsirləndirilən şəxs isə yaşadığımız evin 2-ci mərtəbəsində təmizlik işləri görüb. Dükandan qayıtdıqdan sonra qayınanam məni evə çağırdı və evin şiferlərini niyə sındırdığımı soruşdu. Təqsirləndirilən şəxs bu hadisəni görən şahidlər - polis əməkdaşları və mal-heyvan ötürən şəxslərin olduğunu bildirdi. Mən şiferləri sındırmadığımı bildirdim və dediyi şahidlərdən niyə yalan danışdıqlarını soruşmaq üçün evdən həyətə çıxmaq istədim. Bu zaman qadın əsəbləşərək evdə olan stolun ayağını sındırdı və stolun ayağı ilə baş nahiyəmə zərbə vurdu. Xəsarət aldım və  evimizin yanından keçən yola qaçdım. Həmin vaxt orada olan polis əməkdaşları xəsarət aldığımı gördü və Yardımlı Rayon Polis Şöbəsinə apardılar”.

Bu cinayət işinə Yardımlı Rayon Məhkəməsində baxılıb. 

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs gəlini ilə barışıb. Zərərçəkmiş şəxs ona qarşı irəli sürdüyü şikayətindən imtina edib.

Bu səbəbdən qadın müttəhimin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 

Son xəbərlər

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Oxşar xəbərlər