top
Soru kəndindən Osloya – Lerikli gəncin UĞUR HEKAYƏSİ
14 iyul 2025, 04:23
- ↺ +

Soru kəndindən Osloya – Lerikli gəncin UĞUR HEKAYƏSİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın Lerik rayonunun Soru kəndindən olan Səlim Abbasovun rəsmləri Oslodakı nüfuzlu Beynəlxalq Uşaq İncəsənət Muzeyində sərgilənir.

Muzeyin direktoru Angela Qolden leriklinin rəsm əsərlərinə heyran olduğunu bildirib. Dörd yaşında ailəsi Norveçə köçən S.Abbasov media.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Səlim, ailənizin Lerikdən Norveçə köçməsinin səbəbi nə idi?

– Atam İdrak Abbasov jurnalistdir, anam isə Norveçin uşaq hüquqları xidməti olan Barnevernetdə çalışır. Azərbaycanda müəyyən çətinliklərimiz oldu. Atam beynəlxalq layihədə qalib gəldi və bu, Norveçə mühacirət etməyimizə imkan yaratdı. O vaxt cəmi 4 yaşım var idi.

– Norveçdə uyğunlaşma prosesi necə keçdi?

– Mənim üçün asan oldu. Uşaq bağçasına getdim, Norveç dilini tez öyrəndim. Orada və məktəbdə dostlar qazandım. Amma valideynlərim üçün daha çətin idi – işləməli, dil öyrənməli və yeni mühitə uyğunlaşmalı idilər. Qısa müddət ərzində hər ikisi iş tapdı və ailəmiz üçün sabitlik yarandı.

– Norveçlə Azərbaycan arasındakı fərqlər sənə necə təsir edir?

– Ən böyük fərq ailə münasibətlərindədir. Azərbaycanda qohumluq daha sıx və mehribandır. Norveçdə isə hər şey planlı şəkildə həyata keçirilir – hətta bir ziyarət üçün belə əvvəlcədən razılaşmaq lazımdır. Amma hər iki ölkənin öz gözəlliyi var. Azərbaycanda ruhum dincəlir, Norveç isə mənim ikinci evimdir.

– Yaradıcılığa necə başladın?

– Uşaq vaxtı futbol, üzgüçülük və rəsmə maraq göstərirdim. Zamanla dərslərə və rəsmə daha çox diqqət yetirməyə başladım. Xüsusilə 44 günlük Vətən Müharibəsindən sonra Qarabağla bağlı rəsmlər çəkməyə və kitablar yazmağa başladım.

– Kitab? Deməli, yazıçısan da?

– Bəli (gülür). İlk kitabımı Qarabağa həsr etmişəm, həmin kitabı 11 yaşımda yazmışam, ingilis və Norveç dillərində çap olundu. Məqsədim Azərbaycanla bağlı həqiqətləri çatdırmaq idi. Kitabı Norveç kralına və prezident İlham Əliyevə göndərdim. Ümumilikdə 3 kitabım var.

– Sənət əsərlərin necə təqdim olunub?

– “Xarı Bülbül” adlı rəsmlərim Oslodakı Beynəlxalq Uşaq İncəsənət Muzeyində sərgilənir. Bu sərginin təşkilində Norveçdəki Azərbaycan diasporunun böyük rolu olub. Hazırda yeni əsərlər üzərində işləyirəm.

– Gələcək planların nələrdir?

– Yaydan sonra Beynəlxalq Bakalavr (IB) Liseyində təhsil alacağam. Sonra isə beynəlxalq diplomatiya üzrə ali təhsil almağı planlaşdırıram. İnanıram ki, yaxşı diplomatlar münaqişələri sülh yolu ilə həll edə bilər. Mən də bu yolda olmaq istəyirəm.

Son xəbərlər

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Oxşar xəbərlər