top
Səhnəmizin ilk qadın səsi olan Xalq artistinin doğum günüdür
20 may 2025, 01:54
- ↺ +

Səhnəmizin ilk qadın səsi olan Xalq artistinin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Xalq artisti Həqiqət Rzayevanın anadan olduğu gündür. 

Həqiqət Əli qızı Rzayeva 1907-ci il mayın 20-də Lənkəran rayonunun Darquba kəndində anadan olub. O, Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərdən biridir. Əslində xanımın adı Süsən, soyadı isə Əliyeva olub. Həqiqət adını səhnəyə gəldikdə götürüb. Rejissor Hüseyn Rzayevlə ailə qurduqdan sonra isə soyadını da dəyişib.

1918-1923-cü illərdə Həqiqət xanım Lənkəranda ilk müsəlman qızlar məktəbində təhsil alıb. Həqiqət Rzayeva Konservatoriyada dərslərini Üzeyir bəy Hacıbəyovun rəhbərliyi ilə xanəndələr Seyid Şuşinskidən, Cabbar Qaryağdıdan və Qurban Pirimovdan alıb.

1927-ci ildə Həqiqət xanım Azərbaycan teatr tarixində Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Ərəbzəngini ifa edən ilk qadın olub. Bu hadisə mətbuatda “inqilab” kimi qiymətləndirilirdi. Həqiqət Rzayeva sonralar 500 dəfədən çox bu rolu oynayıb.

Rzayeva 1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarının ifaçısı kimi tanınırdı. O, Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərində Telli, “Əsli və Kərəm”də Əsli, “Leyli və Məcnun”da Leyli, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” əsərində Şahsənəm və s. obrazlarda çıxış edib. Deyilənə görə, o, Leyli rolunu səhnədə min dəfədən artıq canlandırıb.

Qeyd edilir ki, 1939-cu ildə Moskvada Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyü zamanı xanəndə “Arşın mal alan” operasında Telli obrazını özünəməxsus şəkildə ifa edir. Sonralar dahi Üzeyir bəy Həqiqət xanıma danışırmış ki, “Arşın mal alan”da Tellinin lal səhnəsinə baxan İ.Stalin belə deyib: “Bax, budur aktrisa!”

Həqiqət Rzayeva kino fəaliyyətində “Ögey ana” filmindəki Qəmər xala rolu ilə tanınıb. Həqiqət xanım, həmçinin pedaqoji fəaliyyətlə də məşğul olub. O, bir müddət Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində dərs deyib, Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib.

Həqiqət Rzayeva 2 avqust 1969-cu ildə Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub. Hazırda Lənkəran şəhər 2 saylı musiqi məktəbi onun adını daşıyır.

Son xəbərlər

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Oxşar xəbərlər