Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Yardımlıda vətəndaşları qəbul edəcək.
Cenublu.az xəbər verir ki, görüş mayın 16-da saat 10:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Qəbul zamanı Yardımlı, Masallı, Cəlilabad, Lənkəran, Astara və Lerik rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
İştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.
Ünvan: Yardımlı şəhəri, Heydər Əliyev küç.165.