top
Şəhid qardaşı: Gülə-gülə dedi ki, iki gün sonra şəkillərimi paylaşarsınız...
17 sentyabr 2025, 04:25
- ↺ +

Şəhid qardaşı: "Gülə-gülə dedi ki, iki gün sonra şəkillərimi paylaşarsınız..."

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qarabağda Azərbaycan Ordusu tərəfindən 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı qanunsuz separatçı rejimin mövcudluğuna son qoyaraq, ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini təmin etdi. Bu tarixi Qələbə Vətənimizin hüdudlarının bütövlüyünü bir daha təsdiqlədi. Antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlar arasında Elməddin Əliyevin də adı var.

AZƏRTAC xəbər verir ki, Cəlilabad rayonunun Göytəpə şəhərində dünyaya gələn Elməddin son nəfəsinə qədər döyüş yoldaşlarını xilas etməyə çalışaraq qəhrəmanlıq dastanı yazıb.

Ailədə ən kiçik övlad olsa da, hər kəs üçün dayağa çevrilən Elməddin gənc yaşlarından işgüzarlığı ilə tanınıb. Elə bu xarakteri də onu Azərbaycan Ordusuna gətirib. Müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmət edən Elməddin, 3 illik müqaviləsi başa çatdıqdan sonra bir müddət hərbidən ayrılsa da, Vətən müharibəsi ərəfəsində yenidən ordu sıralarına qayıdıb. Keçdiyi kursdan sonra gizir kimi xidmətini davam etdirib.

Şəhidin anası Rəfiqə Əliyeva oğlu haqqında danışarkən göz yaşlarını saxlaya bilmir: “Elməddin evin ən kiçiyi olsa da, amma sanki hamımızın böyüyü idi. Mənim ən böyük sirdaşım idi, hər dərdimi onunla bölüşürdüm. Allah ona elə bir ağıl, elə bir böyüklük vermişdi ki... Mən həm fəxr edirəm, həm də onun yoxluğunun dərdini ürəyimdə daşıyıram”.

Qardaşı Elvin Əliyev isə Elməddinlə son görüşlərini gözyaşları ilə xatırlayır. Deyir ki, qardaşı 2023-cü il sentyabrın 17-də evə gəlmişdi. Cəmi bir saatdan da az qaldı. “Sanki vidalaşmağa gəlmişdi, amma heç kəslə görüşmədən getdi. Mənə dedi ki, gedirəm, ola bilsin, bir də görüşə bilmədik. Mən zarafat kimi qəbul etdim, inanmadım. Çıxanda bir daha dönüb baxdı və əlavə etdi ki, anamızdan, uşaqlardan muğayat olarsan. Allahın işidir, hər şey ola bilər. Gülə-gülə dedi ki, iki gün sonra şəkillərimi paylaşarsınız... Sonra sakitcə maşına minib getdi. Sanki şəhid olacağını bilirdi. Həmin sözlərdən düz iki gün sonra şəhidlik zirvəsinə ucaldı. Onun sözləri indi ürəyimdə əbədi yaşayan bir xatirədir”, - deyə Elvin bildirir.

Gizir Elməddin Əliyev uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə yaralı döyüş yoldaşlarını təxliyə edərkən, snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, Elməddin Əliyev həm də 44 günlük Vətən müharibəsində iştirak edib, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərən gizir Elməddin Əliyev Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Son xəbərlər

Faydalı
Bu gün, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Bu gün, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Bu gün, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Bu gün, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Bu gün, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Bu gün, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Bu gün, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Oxşar xəbərlər