top
Şəhid atası: Oğlumun qəhrəmanlığı ilə böyük qürur duyuram
22 sentyabr 2025, 03:33
- ↺ +

Şəhid atası: Oğlumun qəhrəmanlığı ilə böyük qürur duyuram

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətən qəhrəmanları ilə tanınır deyirlər. Bəli, bu gün düşmən tapdağından azad olantorpaqlarımızın hər qarışında bir igidin izi, bir şəhidin qanı var. Düz iki il əvvəl antiterror tədbirlərində düşmənə həddini bildirən Məhərrəm Hüseynov da həmin qəhrəmanlardandır. O, da adını Azərbaycan tarixinə tarixə əbədi yazdıranlardan...

AZƏRTAC xəbər verir ki, 18 ilə yaxın şərəfli xidmət yolu keçən düşməni göz açmağa qoymayan mahir snayper cəlilabadlı igidimiz gizir Məhərrəm Hüseynovun bu gün şəhidlik zirvəsinə ucalmasından iki il ötür.

Xalqımız qəhrəmanlarını ehtiramla anır.

Məhərrəm Hüseynov 1983-cü il, oktyabrın 11-də Cəlilabad rayonunun Fərəcullalı kəndində dünyaya göz açmışdı. Orta təhsilini doğma kənd məktəbində alıb, gənclik illərindən Vətənə xidmət yolunu seçmişdi. O, 18 ilə yaxın idi ki, Azərbaycan Silahlı Qüvvələrinin peşəkar hərbi qulluqçusu idi.

Sürəyya ana deyir ki, sonuncu dəfə 2023-cü ilin sentyabrın əvvəlində atasının 40 mərasiminə gəlmişdi Məhərrəm: “Amma ürəyi dostlarının, silahdaşlarının yanında idi. “Yarımçıq işlərim var, bitirib gələcəyəm” deyirdi. Nəyi isə bizdən gizlətdiyini hiss edirdik. Bu gün onun yadigarları- Dəniz və Kəmalədən onun ətrini alıram, təsəllim onlardır. Çox böyük qürur keçirirəm ki, oğlum qəhrəmandır. Vətənimizin azadlığı uğrunda qəhrəmancasına həlak oldu”.

Şəhidin qardaşı Ağaqulu Hüseynov da hərbçidir. O, “Komando” birləşmələrində qrup komandiri olan qardaşı Məhərrəm Hüseynovun döyüş bacarığı və rəhbərlik keyfiyyətlərindən ürək dolusu danışır: “Məhərrəmin ən böyük arzusu torpaqlarımız azad edildikdən sonra mənimlə birlikdə evə dönmək idi. Amma o evimizə şəhid kimi döndü. Kər ikimiz 2020-ci il 44 günlük Vətən müharibəsində iştirak etmişik, hərəmiz bir istiqamətdə döyüş yolu keçmişik. Antiterror döyüşlərində mən Ağdam istiqamətində, qardaşım da Xocavənd istiqamətində hərbi tapşırıqları yerinə yetirirdik. Yəni döyüşlər uğurlu keçdi, ərazi bütövlüyümü tam tənin olundu. O ağır döyüşlərdə qardaşım çox şücaət göstərdi və sonda şəhidlik zirvəsinə yüksəldi”.

Şəhidin həyat yoldaşı Roza Hüseynova o günləri belə xatırlayır :”Məhərrəm sentyabrın əvvəli evə gəlmişdi, səhər tezdən gedəsi oldu. Evdən çıxanda uşaqlar yatmışdı, onları sakitcə qucaqlayıb bağrına basdı. Mənə tapşırdı ki, uşaqlardan muğayat olum, qorxmayım, məğrur dayanım...”

Məhərrəm antiterror əməliyyatlarında öz snayperi ilə əsl şücaəti göstərərək düşmənə sarsıdıcı zərbələr endirib. Doğma torpaqların azadlıq qoxusunu duyduqdan sonra Xocavənd rayonunun Harov kəndindəki əməliyyatlarda şəhidlik zirvəsinə ucalıb. Məhərrəm Hüseynov şərəfli döyüş yoluna görə sağlığında “Vətən müharibəsi iştirakçısı” və “Xocavəndin azad olunmasına görə” medalları , ölümündən sonra isə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 2023-cü il sentyabrın 22-də Cəlilabad şəhər qəbiristanlığında torpağa tapşırılan şəhidimizin adı bu gün şəhərin mərkəzi küçələrindən birində əbədiləşdirilib.

Son xəbərlər

Faydalı
Bu gün, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Bu gün, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Bu gün, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Bu gün, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Bu gün, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Bu gün, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Bu gün, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Oxşar xəbərlər