top
Şəhid atası: “Evliliyinin ilk ildönümünə bir gün qalmış evə tabutu gəldi” – MÜSAHİBƏ
26 sentyabr 2024, 23:08
- ↺ +

Şəhid atası: “Evliliyinin ilk ildönümünə bir gün qalmış evə tabutu gəldi” – MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan və xalqın rəğbətini, sonsuz sevgisini qazanan qəhrəmanlarımızdan biri barədə danışacağıq.

44 günlük haqq savaşımızda canını doğma torpağımıza qurban verən, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərə atılmaqla adını tarixə yazdıran hərbçimiz - Rasim Mirzəyev.

Rasim 28 noyabr 1998-ci ildə Lənkəran rayonunun ucqar dağ kəndi olan Gəgiranda dünyaya gəlib. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, “N” saylı hərbi hissədə xidmət edib. 2019-cu ildə hərbi xidmətdən tərxis olub və mülki fəaliyyətinə davam edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Füzulinin, Ağdamın, Xocavəndin, Xocalının, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.

Rasim Mirzəyev 22 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Doğulduğu Lənkəran rayonunda dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallar ilə təltif edilib.

2019-cu ilin noyabrında Şəlalə Mirzəyeva adlı xanımla ailə həyatı qurub, Asim adlı övladı yadigar qalıb.

Cenublu.az saytının əməkdaşı şəhid Rasim Mirzəyevin atası Fəttah Xosrovov ilə həmsöhbət olub.

- Oğlunuz ilə bağlı xatirələrinizdən bəhs edərdiniz.

- Səmimi, mehriban, valideynlərini çox sevən və ailəsinə bağlı bir oğul idi. Vətən üçün canından keçdi. Öz ölümü ilə tarixə çevrildi. Oğlumla fəxr edirəm. Könüllü olaraq döyüşdə iştirak edib. Sentyabrın 28-də yola düşdü.

- Cəbhədə olduğu zaman sizinlə əlaqə saxlayırdı?

- Mütəmadi olaraq əlaqə saxlayırdıq. Hər şeyin yaxşı olduğunu deyirdi. Bir də deyirdi ki, irəli gedirik. Sonuncu dəfə oktyabrın 19-da danışdıq. Həmin gündən sonra əlaqə kəsildi. Noyabr idi, lakin oğlumdan xəbər yox idi. Narahat qaldıq. Oğlumu axtarmağa başladım. Noyabrın 2-i Ağcabədiyə döyüş batalyonuna yol aldım. Dedilər ki, onlara zəng çatmır. Hiss etmişdim ki, nə isə baş verib. Döyüş yoldaşları ilə əlaqə saxladım. Mənə dedilər ki, “Rasim yuxarıdadır. Düşsün, sizinlə əlaqə saxlayacaq”.  Noyabrın 4-ü oğlumun ölüm xəbərini aldıq. Öyrəndik ki, sən demə oktyabr-ın 22-də şəhid olub.

“Rasim mənim tək ümidim idi…”

- Bircə balam idi. Qızım var. Amma Rasimin də yeri ayrı idi. O, mənim tək ümidim idi. İki aylıq körpəsini mənə əmanət edib, getdi. Adını özü qoymuşdu. Övladından doymadı. Nəvəm Asimin 4 yaşı var.

- Rasimin döyüşə girdiyi hər günü şəxsi kitabçasında qeydə aldığını dediniz...

- Vətən müharibəsində 25 gün igidliklə vuruşan Rasim döyüşə girdiyi hər günü şəxsi kitabçasında qeydə alıb. Cibində gəzdirdiyi şəxsi kitabçasında iştirak etdiyi döyüşləri yazıb. Kitabçaya oktyabrın 19–dək qeydlər edib. Həmin gündən sonra vərəqlər qeydsiz idi. Ondan bildim ki, elə həmin gün oğlum qəhrəmancasına şəhid olub.

- Oğlunuzun arzuları barədə danışardınız…

- Müharibə başlayanda deyərdi ki, Ordumuz düşməni torpaqlarımızdan qovmalıdır. Arzusu döyüşlərdə iştirak etmək idi. Arzusuna çatdı, müharibədə iştirak etdi və şəhid oldu.

- Qarabağdan qayıdışını necə gözləyirdiniz?

- Onun doğma torpaqlarımızdan qayıdışını təntənəli şəkildə gözləyirdim. Şəhid olacağı ağlıma belə gəlməzdi. Oğlumun geri dönəcəyinə inanırdım. Evliliyinin ilk ildönümünə bir gün qalmış şəhid olması xəbəri gəldi. Noyabrın 6-sı toy etmişdim. Noyabrın 5-i tabutunu evə gətirdik.

- Röyalarınızda görüşürsünüzmü?

- Rasim tez-tez yuxularıma gəlir. Onun üçün çox darıxıram. Ayılanda yadımda qalmır. Yəqin ki, bir gün qovuşarıq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:57

Lənkəranın tanınmış ziyalısı Maarif Heydərov vəfat edib

İqtisadiyyat
Bu gün, 13:28

Azərbaycan çayına COP31-də də çox böyük maraq var

Bütün xəbərlər
Bu gün, 12:49

Astarada "Qazel" aşdı: 10-a yaxın yaralı var

Bütün xəbərlər
Bu gün, 12:20

Lənkəranlı alim siyasi elmlər doktoru oldu

Bütün xəbərlər
Bu gün, 11:40

Biləsuvar sakini dəm qazından ölüb

Bütün xəbərlər
Bu gün, 11:11

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşüb öldü

Bütün xəbərlər
Bu gün, 10:35

Cəlilabadlı şəhidin qardaşı mayor rütbəsi aldı

Bütün xəbərlər
Bu gün, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Oxşar xəbərlər