top
Şəhid anası: Rəsulun hər addımı Vətənə bağlılıq, qorxmazlıq və döyüş ruhu ilə dolu idi - VİDEO
23 sentyabr 2025, 04:20
- ↺ +

Şəhid anası: Rəsulun hər addımı Vətənə bağlılıq, qorxmazlıq və döyüş ruhu ilə dolu idi - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ölkəmizin ərazi bütövlüyünü və Azərbaycan Respublikasının Konstitusiya quruluşunu bərpa etmək məqsədilə 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən antiterror əməliyyatında canını Vətən uğrunda fəda edən igidlərimizdən biri də Biləsuvar rayonunun Xırmandalı kəndindən olan Rəsul Yusif oğlu Teymurovdur. O, cəmi 26 illik ömrünü elə mənalı və şərəfli yaşadı ki, adı daim hörmətlə anılacaq.

AZƏRTAC xəbər verir ki, komando qüvvələrinin giziri, şəhid Teymurov Rəsul Yusif oğlu 1997-ci il yanvarın 1-də Biləsuvar rayonunun Xırmandalı kəndində dünyaya göz açıb. Uşaqlıqdan mərdliyi, döyüşkənliyi ilə seçilən Rəsul 2004–2015-ci illərdə Ceyhun Məhərrəmov adına Xırmandalı kənd 1 saylı tam orta məktəbində təhsil alıb. Məktəbdə oxuduğu illərdə həm müəllimlərinin, həm də yaşıdlarının yaddaşında çalışqan, cəsarətli və qətiyyətli bir gənc kimi qalıb. Onun içindəki döyüş ruhu hələ o illərdən özünü göstərib – idmanla məşğul olub, yarışlarda uğurlar qazanaraq həmyaşıdlarından fərqlənib.

Şəhidin anası Səbinə Bəşirova bildirir ki, Rəsul yalnız hərbi əməliyyatlarda deyil, həmişə cəsarətli idi. Lokal antiterror tədbirlərindən öncə də bir sıra əməliyyatlarda uğurla iştirak etmişdi. Onun hər addımı, hər nəfəsi Vətənə bağlılıq, qorxmazlıq və döyüş ruhu ilə dolu idi: “Rəsul çox çevik, cəld və vətənpərvər uşaq idi. Uşaqlıqdan zarafatcıl idi, hər sözü gülə-gülə deyərdi. Məni heç vaxt incitməzdi, həmişə başımızı uca etdi. 7-ci sinifdə idmana başladı, karate ilə məşğul oldu, qaydasız döyüşə maraq göstərirdi. Hər yerdə birincilik qazanırdı, medallarla evə dönürdü.

Bir müddət Rusiyada yaşadı. Azərbaycana qayıdanda isə dedi ki, “Mən hərbçi olmadan yaşaya bilmərəm”. Fiziki hazırlığını nəzərə aldılar və gizirlik kursuna göndərdilər. Sonra Azərbaycan Ordusunun komando birliklərinin sıralarında xidmət etməyə başladı. Rəsul yalnız lokal antiterror əməliyyatlarında deyil, daha əvvəlki bir sıra əməliyyatlarda da uğurla iştirak edib. Onun hər addımı Vətənə bağlılıq, qorxmazlıq və döyüş ruhu ilə dolu idi”.

Şəhidin atası Yusif Teymurov deyir ki, Rəsul uşaqlığından bəhs edib və deyib: “Ürəyi böyük, cəsarətli və mərd bir uşaq idi. Uşaqlıqdan elə bilirdi ki, onu heç nə yıxa bilməz. Hər sözü, hər hərəkəti sanki fərqli idi. Sanki içində böyük bir döyüş ruhu vardı. Hər dəfə əməliyyat zamanı onun sağ-salamat qayıtmağı üçün dua edirdik. Şəhid olduğu gün ürəyimdə qəribə bir hiss vardı… Rəsul həm də ailəsini, yaxınlarını çox sevirdi. Ailə qurmağa hazırlaşırdı, sevdiyi qız üçün planlar qurmuşdu. Hətta, elçiliyini belə etmişdik. Amma həyat bəzən ən gözəl arzuları da yarıda qoyur”.

Qeyd edək ki, Rəsul Yusif oğlu Teymurov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilib.

Son xəbərlər

Faydalı
Bu gün, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Bu gün, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Bu gün, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Bu gün, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Bu gün, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Bu gün, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Bu gün, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Oxşar xəbərlər