Kür çayının Sabirabad rayonunun Cavad kəndi ərazisindən keçən hissəsində bir nəfərin batdığı bildirilir.
Bu barədə Cenublu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hadisə ilə əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.