top
Rusiya Böyük Simfonik Orkestrin musiqiçiləri Azərbaycan sərhədini keçiblər - VİDEO
15 iyun 2025, 23:16
- ↺ +

Rusiya Böyük Simfonik Orkestrin musiqiçiləri Azərbaycan sərhədini keçiblər - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Pyotr İlyiç Çaykovski adına Böyük Simfonik Orkestrin musiqiçiləri Azərbaycan sərhədini keçiblər.

Cenublu.az xəbər verir ki, hazırda Rusiya Federasiyasının tanınmış kollektivlərindən biri – Pyotr İlyiç Çaykovski adına Böyük Simfonik Orkestrin musiqiçiləri İranla İsrail arasında baş verən son gərginlik fonunda İslam Respublikasında yaranan təhlükəsizlik riski səbəbindən təxliyə olunan xarici vətəndaşlar arasında yer alıblar. Onlar İran ərazisində baş tutmalı olan bir sıra mədəni tədbirlərdə iştirak etmək məqsədilə bu ölkəyə səfər etmişdilər. Lakin bölgədəki son hadisələr səbəbindən tədbirlər təxirə salınıb və musiqiçilərin təhlükəsiz şəkildə ölkədən çıxarılması qərara alınıb.

Çaykovski adına orkestrin üzvləri Astara sərhəd buraxılış məntəqəsindən Azərbaycana daxil olublar. Hazırda onlar Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilir və Rusiya Federasiyasına dönüşləri üçün logistik tədbirlər həyata keçirilir.

Məlumata görə, musiqiçilər arasında tanınmış dirijorlar, skripkaçılar və digər simfonik musiqi ifaçıları da var. Onların səhhətində hər hansı bir problem qeydə alınmayıb. Məsələ Rusiya və Azərbaycanın müvafiq qurumları arasında koordinasiyalı şəkildə həll olunur.

Qeyd edək ki, Çaykovski adına Böyük Simfonik Orkestr dünya miqyasında tanınan və zəngin musiqi ənənələrinə malik kollektivdir. İfaçıların Azərbaycan ərazisindən keçərək təhlükəsiz zonaya çatdırılması regional əməkdaşlığın və humanitar dəstəyin nümunəsi kimi qiymətləndirilir.


Son xəbərlər

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Oxşar xəbərlər