Bəzi ali məktəblərə rus bölməsi üzrə qəbulun aparılmaması həqiqəti əks etdirmir.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
“Rus bölməsi üzrə plan yerlərinin siyahısı ayrıca olaraq rus dilində Abituriyent 4 jurnalında nəşr olunub”,- deyə məlumatda bildirilib.
Qeyd edək ki, bəzi media orqanlarında bir sıra universitetə rus dilində qəbulun dayandırılması ilə bağlı məlumatlar yayılıb.