Lənkəran rayonu, Göyşaban kəndində yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş şəxsin kimliyi məlum olub. Bu haqda məlumat bu gün, 17 yanvar tarixində Report.az-da paylaşılıb.
"Kombinat yolu" deyilən ərazidə avtomobilin vuraraq öldürdüyü şəxsin Göyşaban kənd sakini, 57 yaşlı Tərlan Şərafət oğlu Cəfərov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.