Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə leysan xarakterli intensiv olub.
Bu barədə Cenublu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Biləsuvar və Astarada 1-5 mm-dək təşkil edir.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək.