Avropa İttifaqının “Gələcək üçün Peşə Təhsili” layihəsi çərçivəsində ölkədə ilk dəfə Lənkəranda restoran xidməti üzrə yarış keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 iyul tarixində “Delegation of the European Union to Azerbaijan” Facebook səhifəsinə istinadən verir.
Yarışda iştirak üçün Azərbaycanın müxtəlif şəhərlərindən bu sahədə çalışan və təhsil alan 173 nəfər gənc müraciət edib. İştirakçılar müxtəlif tapşırıqlar yerinə yetirib, sonda qaliblər mükafatlandırılıblar.
Layihəni keçirməkdə məqsəd müxtəlif peşələr üzrə ölkədə milli yarışların təşkilini dəstəkləmək və beynəlxalq yarışlara hazırlıq üzrə yerli imkanları artırmaqdır.
Qeyd edək ki, yarış layihəni həyata keçirən BMT-nin İnkişaf Proqramı tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” platforması ilə birgə təşkil edilib.