top
Oğlanlarının ikisi əlildir, birini də doğulmamış itirdi - Biləsuvarda FACİƏ
13 may 2025, 02:00
- +

Oğlanlarının ikisi əlildir, birini də doğulmamış itirdi - Biləsuvarda FACİƏ

Biləsuvar rayon sakini Rəşad Hüseynov övladını dünyaya gəlmədən itirib. 

Qafqazinfo.az-a müraciət edən vətəndaş Biləsuvar Rayon Mərkəzi xəstəxanasından şikayətçidir. 

Onun sözlərinə görə, 33 yaşlı həyat yoldaşı Səyyarə Hüseynova ilə olan evliliyindən iki oğul övladı var. Növbəti övladının doğulmasına isə günlər qalmış onu itiriblər. Şikayətçi deyir ki, 35-36 həftəlik hamilə olan həyat yoldaşı hər ay müayinələrdən keçib və nə onun, nə də körpəsinin problemi olub: “Həkimlər hər şeyin qaydasında olduğunu, körpənin tam sağlam olduğunu bildirmişdilər. Sonuncu dəfə mayın 7-də yenidən yoxlanışa getdikdə də körpənin inkişafı çox yaxşı formada irəliləyirdi, lakin anada qan azlığının olduğu bildirildi. Belə ki, onun qanı 4,1 faiz idi. Bunun üçün də anaya qan köçürmək lazım olduğu deyildi. Ayın 8-i bizə dedilər ki, Qan Bankının Şirvan bölməsindən qan gətiriləcək. TƏBİB tərəfindən göndərildiyini deyən iki həkim bildirdi ki, “biz gəlmişik ki, doğumun vaxtını təyin edək və həyat yoldaşınızın qanını təmin edək”. Düzü, mən razı deyildim. Xəstəxanadan həkimlər, icra nümayəndələri toplaşıb evimizə gəldilər ki, qan vurulmalıdır. Mən dedim ki, “bu qan yoxlanılmalıdır, bəlkə heç düşmür?! Uşaq ananın qanı ilə qidalanır, bu yad qanı bəlkə götürmür? Mənim sağlam uşağımı məhv etməyin”. Onlar isə bildirdilər ki, “narahat olmayın, uşağa heç nə olan deyil, qan vurulacaq”. 

Rəşad Hüseynov iddia edir ki, xanımına qanı az-az yox, elə birbaşa vurublar: “Həyat yoldaşım görüb ki, bədəni isinir, ağzından sanki od çıxır. Həkimə narahat olduğunu bildirib. Həkim isə deyib ki, “heç nə olmaz, sən zəifsən deyə belədir”. Sən demə, həmin an uşaq ana bətnində boğulurmuş. Üstəlik 3 gün də ölü uşaq ananın bətnində qalıb. Biz bunu sonradan bildik. “Ayın 10-u yenidən gələrsiniz, qan vurulacaq”,- demişdilər. Mən yoldaşıma dedim ki, getməyək, qoy bir-iki gün keçsin. Yenidən həkimlər, icra nümayəndələri toplaşıb gəldilər. Həyat yoldaşımı məcbur təcili yardım maşınına qoyub apardılar. Uşaqlarım da qaldı ağlaya-ağlaya. Orada da görüblər artıq uşaq ölüb, tez dedilər ki, Bakıya aparılsın. Bizə məlumat da vermədilər. Sonradan bildik ki, körpə artıq ölüb. Bizə zəng edib dedilər ki, artıq Bakıda xəstəxanada hər şey hazırlamışıq, bir az da qalsa, ana da öləcək, təcili aparın. Mayın 11-də isə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında əməliyyat olunaraq körpə götürüldü. Həyat yoldaşımın da vəziyyəti pis idi. Gecə özünə gələ bilib. Mənim sağlam uşağımı məhv etdilər. Bu günə qədər gətir, axırda da belə olsun...”

Vətəndaş bildirir ki, uşaqlarından biri II, digəri isə III qrup əlildir. Doğulacaq körpələrini tam sağlam gözlədiyini deyən valideyn övladının cinsiyyəti ilə bağlı da məlumat ala bilmədiyini əlavə edir: “Bir neçə dəfə uşağın cinsiyyətini soruşmuşduq, deməmişdilər. Aparata girdikdən sonra hər ikimiz soruşmuşduq. Həkim də dedi ki, “cinsiyyətini neyləyirsən, sağlam uşaqdır, Allah verən paydır. Heç öləndən sonra da bizə cinsiyyəti ilə bağlı məlumat vermədilər”.   

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, mayın 6-da 33 yaşlı hamilə qan köçürülməsi ilə bağlı Biləsuvar Rayon Mərkəzi xəstəxanasına müraciət edib: “Bakı şəhərindən tibb müəssisəsinə dəvət olunan hemotoloqlar qrupu tərəfindən pasiyentə dəmir defisitli anemiya diaqnozu təyin edilib. Pasiyentə 4 gün müddətində hər gün 1 eritrosid qan kütləsi köçürülməsi məsləhət görülüb. Mayın 7-də Şirvan Şəhər Mərkəzi Xəstəxanasından 4 ədəd eritrosid qan kütləsi gətirilib, lakin həmin gün hamilə və onun həyat yoldaşı qanın köçürülməsidən imtina ediblər.

Növbəti gün isə hamiləyə qan köçürülməsi baş tutub. Qanköçürmə zamanı heç bir neqativ hal baş verməyib və pasiyent stabil vəziyyətdə evə buraxılıb. Daha sonra mayın 10-da yenidən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına müraciət edən pasiyent həmin gün saat 18:00 radələrində təcili tibbi yardım avtomobili ilə mama və mama-ginekoloqun müşahidəsi ilə Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyentə ilkin tibbi yardım göstərilib. 35-36 həftəlik hamiləlik, ağır anemiya, ölü döl ilə daxil olan pasiyent “Uşaqlığın anaya tibbi yardımın göstərilməsini tələb edən sonrakı çapığı” diaqnozu ilə qeydiyyata alınıb, hematoloq baxışı olub və qan köçürülüb”. 

TƏBİB-dən o da bildirilib ki, pasiyentin həyat yoldaşı əməliyyatın icra edilməsinə etiraz etməyib: “Ölü doğulan körpənin cinsi qadın, çəkisi 2.1 kq, boyu 43 sm olub. Əməliyyatdan sonra xəstə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda pasiyent intensiv palataya köçürülüb və vəziyyəti stabildir. Təyinat üzrə müalicəsi davam edir. Ümumilikdə 10.05.2025 – 12.05.2025 tarixləri ərzində pasiyentin vəziyyəti ağır olaraq qiymətləndirilib”.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
Dünən, 18:17

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
Dünən, 17:41

Lənkəranda məktəb və bağça yolunu küçə itləri zəbt edib

İqtisadiyyat
Dünən, 17:00

Azərbaycanda ayaqqabı istehsalı artıb

İdman
Dünən, 16:15

"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

Kriminal
Dünən, 15:30

Polis 40 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Kriminal
Dünən, 14:50

Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:10

İgid şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 13:34

Ötən gün vətəndaşlarda qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb

Bütün xəbərlər
Dünən, 13:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:12

Şəhid Famil Ağaşovun doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:26

Bir sutkada qazanılan tarixi Zəfər

Kriminal
Dünən, 10:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 73 nəfər tutulub

Kriminal
Dünən, 10:05

Arvadı ilə söhbət edən qohumunu döydü

İqtisadiyyat
Dünən, 09:26

Azərbaycan neftinin qiyməti 122 dolları ötüb

Bütün xəbərlər
Dünən, 00:01

Lokal antiterror əməliyyatlarından üç il ötür

Bütün xəbərlər
18 sentyabr 2026, 17:10

Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
18 sentyabr 2026, 16:30

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Bütün xəbərlər
18 sentyabr 2026, 15:55

Salyanda motosiklet piyadanı vuraraq öldürüb

Kriminal
18 sentyabr 2026, 15:20

Sabirabadda arvadını yumruqlayan kişi məhkəmədə peşman oldu

Bütün xəbərlər
18 sentyabr 2026, 14:30

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
18 sentyabr 2026, 13:40

Cəlilabadda yol kənarı zibil poliqonuna çevrilib - VİDEO

Bütün xəbərlər
18 sentyabr 2026, 12:50

Sabah hava necə olacaq?

Kriminal
18 sentyabr 2026, 12:10

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Oxşar xəbərlər