Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə 15 sentyabr – Bilik Günü münasibətilə sosial şəbəkə hesabında xüsusi paylaşım edib.
Cenublu.az xəbər verir ki, aktrisa süni intellekt vasitəsilə hazırlanmış fotosunu izləyiciləri ilə bölüşüb. Şəkildə onun hazırkı görünüşü ilə məktəbli formasındakı uşaqlıq siması yanaşı təsvir olunub.
Nəsrin paylaşımına “Böyük Nəsrin və balaca Nəsrin” sözlərini əlavə edərək bu günü qeyd edib.
Xatırladaq ki, Nəsrin Cavadzadə lənkəranlı alim Mirməmməd Cavadzadənin qohumudur.