Lənkəranın tanınmış "Nənələr" folklor qrupunun üzvü, 89 yaşlı Xanımbacı Quliyeva bu gün günorta saatlarında vəfat edib.
Cenublu.az xəbər verir ki, Xanımbacı Quliyeva uzun illərdir xalq folklorunun yaşadılması və təbliği sahəsində fəaliyyət göstərib. O, ilk olaraq təşkil olunan "Bacılar" adlı folklor qrupunun yaradıcılarından biri olub. Mərhum bir neçə dəfə Ümummilli Lider Heydər Əliyevlə görüşüb. Məhz həmin görüşlərdən birində Heydər Əliyev folklor qrupunun adının "Nənələr" kimi dəyişdirilməsini təklif edib və qrup bu adla tanınıb.
Xanımbacı Quliyeva doğulduğu Lənkəran rayonunun Separadi kəndində dəfn olunacaq.