Masallıdan olan daha 3 məktəbli Respublika Fənn Olimpiadalarında uğur qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 may tarixində verir.
Belə ki, E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Mütəllimzadə Mütəllim Fuad oğlu coğrafiya fənni üzrə I yerə, Mahmudavar kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Həşimov Əli Azər oğlu coğrafiya fənni üzrə III yerə və Sığdaş kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Salmanov İzzət Mənsum oğlu coğrafiya fənni üzrə lll yerə layiq görülüblər.