top
Masallıda arı ailələri zəhər vasitəsilə məhv edilib - İDDİA
14 iyul 2025, 03:24
- ↺ +

Masallıda arı ailələri zəhər vasitəsilə məhv edilib - İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Masallıda 70-ə yaxın arı ailəsi məhv olub.

Cenublu.az xəbər verir ki, iddialara əsasən, Masallı rayonunun Sığıncaq kəndində bir neçə nəfərə məxsus arı təsərrüfatı zəhər verilərək məhv edilib. Hadisə nəticəsində ümumilikdə 70-dən çox arı ailəsi tələf olub.

Belə ki, Astaranın Miki kənd sakini Təcib Rüstəmov bildirib ki, 35 arı ailəsini daha keyfiyyətli bal əldə etmək məqsədilə müvəqqəti olaraq Sığıncaq kəndindəki örüş sahəsinə yerləşdirib. Onun sözlərinə görə, bir neçə gün əvvəl naməlum şəxslər tərəfindən təsərrüfatına zəhərli maddə yeridilib və nəticədə arılar zəhər verilərək məhv edilib.

“Axşamçağı əmioğlum zəng etdi ki, qonşuda arıları qırıblar. Sonra mənə də zəng edib dedi ki, sənin arıların da tələf olub. Gecə saat 11-də gəlib arıxanaya baxdım. Gördüm ki, arı ailələrinin hamısı ölüb. Tam dolu yeşiklər məhv olub. Zəhərli dərmanlardan istifadə ediblər. Çöldə cəmi 5-10 arı qalıb. Ümumilikdə 35 arı ailəsi tamamilə tələf olub” - deyə Təcib Rüstəmov bildirib.

Oxşar hadisə kənd sakini Səid Əhmədovun həyətindəki arı təsərrüfatında da baş verib. Burada isə təxminən 40 arı ailəsi zəhər verilərək məhv edilib.

Təsərrüfat sahibləri bildirirlər ki, arı yeşiklərində artıq toplanmış bal da yararsız hala düşüb və istifadəsi təhlükəli ola bilər. Onların sözlərinə görə, hadisə nəticəsində ümumilikdə 30 min manatdan çox maddi ziyan dəyib.

Faktla bağlı polisə məlumat verilib. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları əraziyə gələrək laborator analizlər üçün nümunələr götürüblər.

Son xəbərlər

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Oxşar xəbərlər