Masallı şəhər Olimpiya İdman Kompleksində əmək yarmarkası baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 aprel tarixində verir.
Yarmarkada rayonun 40-dan çox şirkəti 350-dən çox vakansiya ilə iştirak edib.
İştirakçılara vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat təqdim edilib.
Tədbir Dövlət Məşğulluq Agentliyinin Lənkəran – Astara regional bölməsinin Masallı rayon xidmət şöbəsinin təşkilatçılığı ilə həyata keçirilib.