Masallı sakinlərində 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 yanvar tarixində verir.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri – əvvəllər məhkum olunmuş Elvir Qafarov və Vüsal Abdullayev saxlanılıblar.
Keçirilən baxış zamanı Elvir Qafarovun üzərindən və əlindəki çantadan ümumilikdə 8 kiloqram marixuana, 2 kiloqrama yaxın heroin, 1 kiloqram metamfetamin aşkarlanaraq götürülüb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_52574" align="alignnone" width="336"]
Foto DİN[/caption]