top
Masallı: ADAU-nun rektoru şəhid Niyaməddin Sultanzadənin məzarını ziyarət edib
27 iyul 2022, 05:40
- ↺ +

Masallı: ADAU-nun rektoru şəhid Niyaməddin Sultanzadənin məzarını ziyarət edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov başda olmaqla universitetin bir qrup professor-müəllim heyəti universitetin tələbəsi olmuş, əslən Masallıdan olan şəhid Niyaməddin Sultanzadənin məzarını ziyarət ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 iyul tarixində Masallı Rayon İcra Hakimiyyətinə istinadən verir.

Universitet kollektivi əvvəlcə Masallı RİH-nin başçısının birinci müavini Məmmədhüseyn Hüseynov və rayonun ictimaiyyət nümayəndələri ilə birgə Qəhrəmanlar Parkı - Şəhidlər abidə-kompleksini ziyarət edib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının, həmçinin şəhid Niyaməddin Sultanzadənin məzarını ziyarət edib, önünə tər gül dəstələri düzüb.

Sonra şəhid Niyaməddin Sultanzadənin doğulduğu evə baş çəkilib. Evdə şəhidin xatirəsinə yaradılan guşə ilə tanışlıq olub.

Qeyd edək ki, Niyaməddin Hüsaməddin oğlu Sultanzadə 10 sentyabr 1998-ci il tarixdə Masallı şəhərində anadan olub. 2005-2016-cı illərdə şəhər 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində, “N” saylı hərbi hissədə xidmət etməyə başlayıb. 10 oktyabr 2018-ci ildən 3 saylı Regional SuKanal İdarəsinin Masallı sukanal sahəsində xlorator-sutəmizləyici qurğularının operator peşəsi üzrə çalışıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin (qiyabi) ikinci kurs tələbəsi olub. Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə vuruşub və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

22 noyabr 2020-ci il tarixdə Masallı şəhər Dadva qəbiristanlığında dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:35

ADY-dən yükdaşımalarla bağlı açıqlama

Kriminal
Bu gün, 13:00

Masallıda borcunu istəyəni döyüb, qulaq pərdəsini deşdi

Bütün xəbərlər
Bu gün, 12:25

Lənkəranda "Vətənə fəda olmuş sevgilər" bədii kompozisiyası təqdim olunacaq

Bütün xəbərlər
Bu gün, 11:45

Bu müəllimlərə iş yerini qarşılıqlı dəyişməyə icazə verilib

Bütün xəbərlər
Bu gün, 11:10

Masallıda kəndin qaz təchizatında fasilə yaranacaq

Kriminal
Bu gün, 10:30

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı

İqtisadiyyat
Bu gün, 09:50

Azərbaycan neftinin qiyməti 133 dolları ötüb

Bütün xəbərlər
Bu gün, 09:17

Astaralı şəhidimizin anım günüdür

Siyasət
Bu gün, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 13-cü günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Bütün xəbərlər
Dünən, 17:00

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi

Bütün xəbərlər
Dünən, 16:25

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq - EKSKLÜZİV

Bütün xəbərlər
Dünən, 15:50

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
Dünən, 15:15

Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Bütün xəbərlər
Dünən, 14:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:00

Cəlilabadlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 13:20

9 il itkin kimi axtarılan cəlilabadlının qatilinə HÖKM OXUNDU

Bütün xəbərlər
Dünən, 12:45

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Bütün xəbərlər
Dünən, 12:10

Lənkəranın bu küçəsinin sakinləri problemlər burulğanında

Bütün xəbərlər
Dünən, 11:35

Masallının yetişdirdiyi böyük səs – Baloğlan Əşrəfov

İqtisadiyyat
Dünən, 11:00

Azərbaycan neftinin qiyməti 125 dolları ötdü

Bütün xəbərlər
Dünən, 10:20

İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət

Kriminal
Dünən, 09:44

Astara gömrük postunda külli miqdarda heroin və "metadon" həbləri aşkar edilib

Oxşar xəbərlər