Masallı rayonunun Xıl kəndindəki elektrik yarımstansiyası yenilənir. Bu haqda məlumatı Masallı rayon İcra Hakimiyyəti verib.
Artıq inşaatçılar tamamlama işlərini görürlər. Stansiyanın açarları dəyişdirilib, təzə qurğu və avadanlıqlar quraşdırılıb. Burada 35/10 kilovoltluq transformatorun quraşdırılması rayonda elektrik enerjisinin dayanıqlığını daha da yaxşılaşdıracaq.
Həmçinin, energetiklər rayonun Xırmandalı kəndində də elektrik təsərrüfatında geniş təmir işləri aparırlar. Kənddə 260 ədəd elektrik dirəyi basdırılıb, transformatorlarda əlavə güc mənbəyi yaratmaq məqsədilə tam yeniləmə işi görülüb.
Qeyd edək ki, Ərəb, Eminli və Mollaoba kəndlərində də bu sahədə işlər davam edir.