Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayan Qalib Eynulla oğlu Cəbiyev itkin düşüb. Bu haqda məlumatı bu gün, 7 yanvar tarixində qafqazinfo.az verib.
Belə ki, o, 3 yanvar saat 18:00 radələrində iş üçün Bakıya gedəcəyini deyərək evdən çıxıb və geri qayıtmayıb. O gündən bəri ondan xəbər yoxdur, telefonuna zəng çatmır.
44 yaşlı Qalib Cəbiyev "Azəriqaz"ın əməkdaşıdır.
Bu şəxsi görənlərdən (051) 977 44 52 nömrəsinə zəng etmələri xahiş olunur.