Polis tərəfindən saxlanılmış Masallı sakininin digər oğurluq əməli də müəyyən olunub. Bu haqda məlumat bu gün, 18 yanvar tarixində Daxili İşlər Nazirliyinin rəsmi saytında paylaşılıb.
Masallı sakini E.Tahirov oğurluq əməlinə görə saxlanılıb. Polis əməkdaşları tərəfindən aparılan əlavə axtarış zamanı məlum olub ki, E.Tahirov rayon ərazisindəki daha bir evdən 1600 manat pul və qızıl-zinət əşyaları oğurlayıb.
Qeyd edək ki, E.Tahirovun digər oğurluq cəhdi ilə bağlı məlumat vermişdik.