Masallı şəhərində dəmir konstruksiyalardan ibarət olan köşkdə yanğın hadisəsi qeydə alınıb. Bu haqda məlumat bu gün, 26 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında paylaşılıb.
Ümumi sahəsi 35 kv.m olan obyektdə taxta üzlük yanıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Yaxınlıqdakı kafe və mağaza yanğından mühafizə olunublar.
Yanğının başvermə səbəbləri araşdırılır.