Viləşçay Su Anbarı İstismarı İdarəsinin kollektivi yeni ilin ilk günündən yaza hazırlıq işini davam etdirir. Bu haqda məlumatı Masallı rayon İcra Hakimiyyəti verib.
Belə ki, idarənin rəisi Rusif Kərimovun məlumatına görə mühəndis-texniki işçilər 2022-ci ilin suvarma tədbirlərinə hazırlıqla əlaqədar irriqasiya və suburaxıcı obyektlərdə təmir işlərinə başlayıblar. Hazırda hidrotexniki və suburaxıcı qurğularda təmir-bərpa və sazlama işləri davam edir.