Masallı rayonunda ümumi sahəsi 40 kv.m olan tövlədə yanğın baş verib. Bu haqda məlumat bu gün, 15 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında paylaşılıb.
Belə ki, rayonun Qızılavar kəndində baş vermiş yanğında tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə kül olub. Həmçinin, tövlənin içərisinə yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğının baş vermə səbəbləri araşdırılır.