Masallı polis əməkdaşlarının əməliyyat axtarış tədbirləri nəticəsində sakinlərdə odlu silahlar aşkarlanıb. Bu haqda məlumat bu gün, 24 yanvar tarixində Report.az-da paylaşılıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri axtarış zamanı ov silahı saxlayan şəxslər müəyyən olunub. Rayon sakinləri - E.Cabbarov, Z.İsayev, X.Əliyev, N.Rəhmətov və H.Yağubovdan qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 5 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Sakinlərlə bağlı protokollar tərtib olunaraq Masallı Rayon Məhkəməsinə göndərilib. Silahlar aidiyyəti üzrə təhvil verilib.