Masallı rayonu Ərkivan qəsəbəsində abadlıq işləri aparılıb. Bu haqda məlumatı rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsi verib.
Belə ki, qəsəbənin Bağlaküçə küçəsi üçün giriş qapısı hazırlanıb, işıqlandırma sistemi qurulub. Digər küçələrin kənarı kol-koslardan təmizlənilib, küçələr genişləndirilib, çınqıllanıb, yolboyu suötürücü arxlar, kanallar sahmana salınıb, ağaclar əkilib.
Qeyd edək ki, abadlıq-quruculuq işləri yerli sakinlər və qəsəbədən kənarda yaşayan ərkivanlıların maddi dəstəyi ilə həyata keçirilib.