top
Mərdanı ögey qızı ifşa edibmiş
24 noyabr 2025, 06:49
- ↺ +

Mərdanı ögey qızı ifşa edibmiş

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən həftə Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərdan Hüseynovun məhkəmə prosesi keçirilibş, o, 17 il müddətinə azadlıqdan məhrum edilib. Hadisəni ifşa edən isə onun ögey qızı Nərgiz olub.

Cenublu.az xəbər verir ki, 6 yaşlı Sünbül qonşunun qızıdır və anası işdə olduğu vaxtlarda uşaqları tez-tez Mərdanın ailəsinə tapşırırdı. 2025-ci ilin iyununda yenə Nəzakət uşaqları Mərdanın ailəsinə tapşıraraq öz işinin arxasınca gedib. Bu zaman Mərdanın ögey qızı Sünbüllə bir qədər həyətdə oynadıqdan sonra evə daxil olublar. Həmin vaxt Mərdan öz telefonunda TikTok-a baxırmış. Nərgiz yenidən həyətə qayıtdıqdan sonra Mərdanın əlindəki mobil telefonun səsinin kəsildiyini eşidib, azyaşlı ilə telefona baxmadıqları təqdirdə nə etmələri ona maraqlı gəlib.

Təxminən 2-3 dəqiqə sonra Mərdan onun yanına gələrək mobil telefonunun ekranının kilidə düşdüyünü deyib və aça bilmədiyini bildirib. Nərgiz telefonunda TikTok çəkiliş bölməsində təsadüfən qeydə alınmış 6–7 saniyəlik videoda Mərdanın Sünbülü öpdüyünü görüb və bu davranışdan şübhələnib.

Gördüklərini anasına danışsa da, qadın buna əhəmiyyət verməyib. Ertəsi gün Mərdan yenə uşaqları evə çağıranda Nərgiz gerçəkliyi tam sübut etmək üçün telefonu gizli şəkildə videoyazmaya qoyub. Bir neçə dəqiqə sonra videoya baxdıqda Mərdanın azyaşlıya qarşı əxlaqsız hərəkətlər etdiyini açıq şəkildə görüb.
Nərgiz anasına, o isə Sünbülün anasına videonu göstərib. Lakin uşağın valideynləri “biabırçılıq olmasın” deyə polisə şikayət etməyiblər və videonun silinməsini istəyiblər. Videoçarx telefonun “Galereya”sından silinsə də, “Google Foto”da qalıb.

Zaman keçdikcə ailələrin susması Nərgizi daha çox narahat edib. Nəhayət, 2025-ci ilin iyulunda gizli Instagram hesabı açaraq videonu ictimailəşdirib və sonra hesabı silib. Məhz həmin videonun yayılmasından sonra Mərdan Hüseynov həbs olunub və məhkəmədə cəzalandırılıb.

Qeyd edək ki, xanımların adları şərtidir.

Son xəbərlər

Faydalı
Bu gün, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Bu gün, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Bu gün, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Bu gün, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Bu gün, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Bu gün, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Bu gün, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Oxşar xəbərlər