Bu gün şəhid Ruhid İslamlının xatirəsi anılır.
Ruhid Uğur oğlu İslamlı 1999-cu ildə Lerik rayonunun Çeşman kəndində anadan olub.
Ruhid Vətən müharibəsi dövründə Talış kəndi və Suqovuşan istiqamətlərində döyüşüb. O, oktyabrın 6-da şəhid olub.
Ölümündən sonra şəhid Ruhid İslamlı Prezidentin Sərəncamları əsasında “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı”, “Cəsur döyüşcü” medalları ilə təltif edilib.