Lerik rayonunun Lüləkəran kəndində yanğın hadisəsi qeydə alınıb.
Cenublu.az xəbər verir ki, ümumi sahəsi 25 m² olan tövlənin dam örtüyünün taxta atmaları və damında yığılan 800 kiloqram ot bağlaması yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Alov söndürülüb.