Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası təşkil olunacaq.
Cenublu.az xəbər verir ki, aksiya sentyabrın 26-sı saat 10:00-da baş tutacaq.
Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.
18-65 yaş aralığında hər bir sağlam insan qan donorluğu üçün müraciət edə bilər.
Aksiya Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankı, Lerik Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə keçiriləcək.