Lerik sakininə küçə iti hücum edib.
Cenublu.az xəbər verir ki, Nuravud kənd sakini, 1978-ci il təvəllüdlü Elçin Mirzəyevə küçə iti hücum edərək onu dişləyib. Yaralı dərhal Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona quduzluq əleyhinə vaksin vurulub. Daha sonra E. Mirzəyev vəziyyətinə uyğun olaraq xəstəxananın təcili yardım şöbəsinə yerləşdirilib.
Həkimlər ona baldır nahiyəsinin geniş səthi, cırılmış yara diaqnozu qoyublar. Onun müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.