Lənkəranlı şəhid, Vətən müharibəsinin ilk qəhrəmanlarından olan polkovnik-leytenant Mehman Şirvanovun atası Mirəziz Səməd oğlu Şirvanov dünyasını dəyişib.
Cenublu.az xəbər verir ki, Mirəziz Şirvanov bir müddət əvvəl Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ürək əməliyyatı keçirib. Əməliyyatdan bir neçə gün sonra insult keçirən şəxs daha sonra müalicəsinin davamı üçün Bakıya aparılıb. O, bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, şəhid polkovnik-leytenant Mehman Şirvanov 27 sentyabr 2020-ci il tarixində Murovdağ istiqamətində gedən döyüşlər zamanı şəhid olub və Lənkəran rayonunun Ürgə kəndində dəfn edilib.