Lənkəran şəhəri, A.Axundzadə küçəsi, Qala xiyabanı ərazisində zibil problemi yenidən gündəmə gəlib.
Sakinlər tərəfindən Cenublu.az-a verilən məlumata görə, bir müddət əvvəl əraziyə qoyulan zibil qutuları son 4-5 gün ərzində naməlum səbəbdən götürülüb.
Nəticədə tullantılar küçələrə atılır, bu da həm ətraf mühiti çirkləndirir, həm də məhəllə sakinləri üçün narahatlıq yaradır. Onlar bildirirlər ki, qutuların qoyulmasından sonra nizam yaranmışdı, amma indi vəziyyət əvvəlki bərbad halına dönüb.
Sakinlər aidiyyəti qurumlardan məsələni nəzarətə götürməyi, ərazidə hər kəs üçün əlçatan bir nöqtədə zibil qutularının yenidən yerləşdirilməsini xahiş edirlər.