Lənkəran şəhəri, A.Axundzadə küçəsi, Qala xiyabanı ərazisində son günlər zibil qutularının yoxa çıxması səbəbilə yaranan narahatlıq aradan qaldırılıb.
Sakinlərin Cenublu.az-a verdiyi məlumata görə, naməlum səbəbdən 4-5 gün öncə götürülən zibil qutuları artıq əraziyə yenidən yerləşdirilib.
Sakinlər təşəkkürlərini bildirərək, bu cür halların təkrarlanmaması üçün davamlı nəzarətin vacibliyini vurğulayıblar.