Lənkəran şəhərinin Haftoni qəsəbəsində yanğın hadisəsi qeydə alınıb.
Cenublu.az xəbər verir ki, ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 200 kiloqram ot bağlaması yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Alov söndürülüb.