Lənkəran Rayon Mərkəzi Xəstəxanasında "Talasemiyasız həyat naminə" qanvermə aksiyası keçirilib.
Cenublu.az xəbər verir ki, səhər saatlarından başlayan aksiyada LDU, LRMX, Mədəniyyət, Lənkəran Dövlət Dram Teatrı, LARTİ, FHN və Hirkan Milli Parkının əməkdaşları iştirak ediblər. Günün sonunadək 150 nəfərin qan verməsi nəzərdə tutulub.