Lənkəranda intihar hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 may tarixində verir.
Hadisə rayonun Şağlaküçə kəndində qeydə alınıb. Belə ki, 32 yaşlı Emin Şükürzadə əmisinə məxsus yaşayış olmayan evdə elektrik naqili ilə özünü asıb.
Bildirilir ki, Emin Şükürzadə son aylar gərgin və stresli həyat tərzi keçirib. Onun bu vəziyyətə dözməyərək intihar etməsi ehtimal edilir.
Məlumata görə, E.Şükürzadənin qardaşı Lənkəranda hüquq-mühafizə organlarında çalışır.