top
Lənkəranda xəstənin əməliyyatdan sonra ölməsinin səbəbi açıqlanıb - YENILƏNİB
04 noyabr 2025, 04:49
- ↺ +

Lənkəranda xəstənin əməliyyatdan sonra ölməsinin səbəbi açıqlanıb - YENILƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəranda 60 yaşlı kişi yenidən əməliyyat olunsa da, həkimlərin səylərinə baxmayaraq ölüb.

Bu barədə Cenublu.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Lənkəran şəhər sakini, 1965-ci il təvəllüdlü Şiyavuş Fərəculla oğlu Rzayevin vəziyyəti əməliyyatdan sonra qəflətən pisləşib:

"Bu səbəbdən noyabrın 1-də yenidən əməliyyata alınıb. Lakin bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq ölüm faktı qeydə alınıb".

Vurğulanıb ki, oktyabrın 29-da ona sol tərəfli boğulmuş iri həcmli qasıq yırtığı diaqnozu təyin edilib, müvafiq tibbi müayinələrdən keçirildikdən sonra təcili qaydada hospitalizasiya olunaraq əməliyyat blokuna alınıb. Cərrahi müdaxilədən sonra pasiyentin vəziyyəti əməliyyata adekvat qiymətləndirilib və müsbət dinamika müşahidə edilib.

Lakin noyabrın 1-də xəstənin vəziyyəti qəflətən pisləşdiyi üçün yenidən cərrahi əməliyyata alınıb və xəstəyə sol tərəfli hemikolektomiya, stomanın qoyulması proseduru icra edilib.

Əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq noyabrın 4-ü saat 07:30 radələrində bioloji ölüm faktı qeydə alınıb. Meyit məhkəmə-tibbi ekspertizası aparılması üçün müvafiq qaydada aidiyyəti üzrə təhvil verilib.

12:08

Lənkəranda əməliyyatdan sonra xəstə dünyasını dəyişib.

Cenublu.az xəbər verir ki, oktyabrın 28-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yırtıq diaqnozu ilə müraciət edən Lənkəran şəhər sakini, 65 yaşlı Şiyavuş Rzayev əməliyyat olunub.

Xəstənin həyat yoldaşı Azadə Rzayevanın iddiasına görə, əməliyyatdan sonra Ş.Rzayevin vəziyyəti pisləşib. O bildirir ki, xəstənin durumu əməliyyatı aparan həkimin səhlənkarlığı nəticəsində ağırlaşıb:

“Əməliyyatdan sonra vəziyyəti yaxşı olmadı. Bizə dedilər ki, bağırsağı zədələnib, buna görə qarnı şişib və zəhərlənmə baş verib. Sonradan digər həkimlər ona kömək etməyə çalışdı və yenidən əməliyyat olundu, amma gec oldu.”

A.Rzayeva iddia edir ki, hadisədən sonra əməliyyatı aparan həkimlə əlaqə saxlaya bilmirlər.

Məlumata görə, meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran zonası şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Faydalı
Bu gün, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Bu gün, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Bu gün, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Bu gün, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Bu gün, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Bu gün, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Bu gün, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Oxşar xəbərlər