Lənkəranda meşələrində itkin düşən kişi ölübmüş.
Cenublu.az-ın məlumatına görə, Horavenc kəndində ötən gündən itkin düşən və axtarışları aparılan 55 yaşlı İlham Hüseynovun meyiti dərədən tapılıb. Hazırda meyiti dərədən çıxarmaq üçün əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunublar.
Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi araşdırılır.