Lənkəran şəhərinin Şürük kəndində yanğın hadisəsi qeydə alınıb.
Cenublu.az xəbər verir ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov söndürülüb.