Lənkəran regional miqrasiya idarəsinin əməkdaşları rayon mərkəzindən kənar yaşayış məntəqəsində səyyar xidmət təşkil ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 avqust tarixində Azertac-a istinadən verir.
Belə ki, idarənin əməkdaşları Masallı rayonunun Mahmudavar kəndində olublar. Onlar Rusiya vətəndaşı Mirzəkişi Kərimova müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərar təqdim ediblər. Həmçinin miqrasiya qanunvericiliyinə dair məlumatlar veriblər.