Lənkəran Dövlət Universiteti inzibati binaya bitişik yarımçıq tikilidə əsaslı təmir işləri aparmağı planlaşdırır.
Baku.ws xəbər verir ki, bununla bağlı 507 min manat dəyərində tender elan edilib.
Tender şərtlərinə əsasən, təmir zamanı köhnə dam örtüyü və dam konstruksiyaları söküləcək, suaxıdan boruları dəyişdiriləcək, həmçinin polad vərəqdən hazırlanmış örtüklərin sökülməsi nəzərdə tutulur.
Təmir işləri Lənkəran Dövlət Universitetinin Həzi Aslanov küçəsi 50 ünvanında yerləşən inzibati binaya bitişik yarımçıq tikilidə aparılacaq.