Lənkəran bazarındakı bərələrin zibilliyə çevrilməsi şəhər sakinlərinin narazılığına səbəb olub. Məsələ ilə bağlı vətəndaşlar Cenublu.az-a müraciət ediblər.
"Bərələr uzun müddətdir ki, təmizlənmir. Xüsusilə isti yay günlərində vəziyyət daha da pisləşir və ətrafa pis qoxu yayılır" - deyə sakinlər bildirir.
Vətəndaşlar bazarda təmizlik işlərinin gücləndirilməsini və daimi nəzarət mexanizminin tətbiq olunmasını tələb edirlər.