Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin şagirdi Hüseynzadə Allahverən Pərviz oğlu Fəxri fərmanla təltif olunub. Bu haqda məlumatı məktəbin rəsmi Facebook səhifəsi verib.
Belə ki, ona Lənkəran şəhər Gənclər və İdman idarəsi tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar gənclər arasında milli-mənəvi dəyərlərin təbliği və vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində göstərdiyi xidmətlərə görə Fəxri fərman təqdim olunub.