Lənkəran şəhər Azər Məhərrəmov adına 7 saylı tam orta məktəbin direktor əvəzi Səadət Kazımova Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olub. Bu haqda məlumatı ARB Cenub kanalı verib.
O, müsabiqəyə "Filtrasiyalı internet - arxayın valideyn" layihəsi ilə qoşulub.
Həmçinin, müsabiqədə Lənkəran şəhər 2 saylı, 5 saylı, 7 saylı, 10 saylı tam orta məktəblərin şagird, valideyn və müəllim qrupları iştirak ediblər.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsində ümumtəhsil müəssisələr kateqoriyası üzrə 230, fərdi kateqoriya üzrə 741 nəfər iştirak edib.